"Şamaxı" klubunun yeni baş məşqçisi bəlli olub

"Şamaxı" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bölgə klubu hazırda Region Liqası təmsilçisi "Cəbrayıl"a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.
34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.
Qeyd edək ki, "Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.
Oxşar xəbərlər
UEFA Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi - SİYAHI
UEFA Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar aşağıdakılardır: UEFA M...
