VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşanın "Lex" komandası ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" bu raundda ilk oyunu 5-6 iyulda səfərdə, cavab qarşılaşması isə 12-13 iyulda evdə gerçəkləşəcək.

"Lex" futbol klubu 1922-ci ildə yaradılıb. Komanda Polşa çempionatının birinci liqasında 1948-ci ildə debüt edib.
Komandanın ən uğurlu dövrü ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəllərinə təsadüf edir.

Polşa təmsilçisi ölkə çempionatının 1982/83, 1983/84, 1989/90, 1991/92, 1992/93, 2009/10, 2014/15, 2021/22-ci illərdə qalibi olub.

Hazırda klubun nüfuzlu Almaniya portalı "Transfermarkt"dəki ümumi dəyəri 44,85 milyon avro göstərilib. "Lex"in ən bahalı futbolçusu isə Jakub Kaminskidir. Onun transfer dəyəri 10 milyon avrodur. Qeyd edək ki, futbolçu artıq "Lex"in oyunçusu sayılmır. Polşalı futbolçu Almaniyanın "Volfsburq" klubuna transfer olunub. Klubun ən önəmli silahlarından biri də Tomaş Kedzioradır. Polşa yığmasının da üzvü olan Kedzioranın dəyəri 4 milyon 500 min avrodur. O, Ukraynanın "Dinamo" (Kiyev) klubundan 5 milyon avro qarşılığında transfer olunub. 

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi də məlumdur. Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək. II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

"Qarabağ" klubunun potensial rəqibi olan “Sürix”in "Transfermarkt"dəki dəyəri isə 43,75 milyon avrodur. İsveçrə klubun da heyətində dəyəri 10 milyon avrro olan futbolçu var. Bu futbolçu Vilfried Qnontodur. "Sürix"in ən dəyərli futbolçularından biri də Becir Omeragicdir. 20 yaşlı mərkəz müdafiəçisi olan gənc istedad klubun yetirməsidir. "Transfermarkt" onun dəyərini 8 milyon avro olaraq qiymətləndirir. 

Orxan Hüseyn
BAKU.WS