"Qarabağ" daha bir futbolçu ilə anlaşdı
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
BAKU.WS İdmanxeber.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın "Pari" klubunda çıxış edən Renaldo Çepasın transferi ilə bağlı qarşı tərəflə razılıq əldə edib. Bildirilir ki, transferin dəyəri 1 milyon dollar təşkil edir.
Müqavilədə əlavə olaraq 200 min dollar məbləğində bonusların da yer aldığı qeyd olunur.
Yamaykalı vinger ötən mövsüm Rusiyada 29 oyunda forma geyinib və 1 qol vurub, 3 assist edib.
Qeyd olunur ki, klublar artıq transferin son detalları üzərində razılığa gəliblər və keçidin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.
26 yaşlı futbolçu karyerası ərzində "Şkupi", "Ankaragücü" kimi klubların formasını geyinib.
Oxşar xəbərlər
"Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər
Almaniyanın "Bavariya" klubu gələcəkdə qapıçı mövqeyində dəyişiklik etməyə hazırlaşır. BAKU.WS xəbər verir ki, Münhen təmsilçisi 2027-ci ildə İngiltərənin "Ever...