"Beş dəfə çempion olmuşam" - Paytaxtın gənc tennisçiləri kortlarda qüvvəsini sınayırlar
22
iyn
2026
21:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Tennis Akademiyasında tennis üzrə "Bakı Şəhər Birinciliyi"nin rəsmi açılış mərasimi keçirilib.
22-27 iyun tarixlərini əhatə edəcək turnirdə qızlar və oğlanlar 10, 12, 14 və 18 yaş qrupları üzrə mübarizə aparacaqlar.
Yarışın qalibləri 27 iyun tarixində keçiriləcək final günündə müəyyən olunacaq.
Turnirin iştirakçılarından Emin Hacızadə Baku TV-yə açıqlamasında təəssüratlarını bölüşüb.
"6 ildir tennislə məşğulam. Bu mənim ilk oyunum olacaq, qalib gəlməyə çalışacağam. Bir az qorxuram, amma özümü ələ almağa çalışıram", - deyə o bildirib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...