SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa PSJ-si Kilian Mbappeni komandada saxlamaq üçün futbolçuya fantastik məvacib təklif edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hazırkı klubu ilə yeni müqavilə imzalasa, illik maaşı, vergi xərclərini çıxmaqla, 100 milyon avro olacaq.

Bundan başqa, PSJ rəhbərliyi Fransa millisinin forvardına bonus olaraq, 300 milyon avro vəd edib. Ulduz futbolçunun gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe ilə İspaniya "Real Madrid"i də yaxından maraqlanır. Hətta daha əvvəl hücumçunun "kral klubu" ilə anlaşdığı bildirilib.

BAKU.WS