"Formula 1" üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.
BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: "Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib".
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk "Formula 1" yarışının qalibi olan Niko Rosberq ("Mercedes") Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. "Formula 1"in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.
Oxşar xəbərlər
“Formula 1”də yeni mövsümün tam təqvimi açıqlandı
“Formula 1”də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb. Bu il ərzində rekord sayda - 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20...
