Azərbaycan Kuboku: "Qarabağ" final oyununa ciddi itki ilə çıxacaq

15
may
2022
23:25
"Qarabağ" "Zirə"yə qarşı Azərbaycan Kubokunun final oyununa ciddi itki ilə çıxacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
50 yaşlı mütəxəssis müdafiəçi Abbas Hüseynovun həlledici qarşılaşmada iştirak edəcəyinə inanmadığını bildirib: "Hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük"də olacaq. Lakin meydana çıxacağına inanmıram".
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Neftçi"yə qarşı başqa heyətlə oynayacağıq"
"Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin, demək olar ki, hamısının əz...