"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Qarabağ Sumqayıtı darmadağın etdi
İdman 132

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, çempionluğu əvvəlki turlarda təmin etmiş "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.

"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Köhlən atlar"ın qollarını 4-cü dəqiqədə Filip Ozobiç, 11-ci dəqiqədə Patrik Andrade, 31-ci dəqiqədə İbrahima Vadji, 30 və 52-ci dəqiqələrdə Kadi Borges vurub.

Ağdam təmsilçisinin sadiq fanatlarından hesab edilən "İmarət" azarkeş qrupunun üzvləri 7-ci dəqiqədə tribunadan ayrılıblar. Polislərlə mübahisə edən fanatlar "Azarkeş heç vaxt terrorçu deyil" şüarı səsləndiriblər.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Qarabağ" mövsümün ən böyük hesablı qalibiyyətini qazandı

"Qarabağ" mövsümün ən böyük hesablı qalibiyyətini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, çempionatın lideri "Qarabağ" "Şamaxı"...

133 İdman 21:38 15 aprel 2022

Son xəbərlər