VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün sərbəst güləş üzrə Azərbaycanın yeganə üçqat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Hacı Əliyevin doğum günüdür.

Hacı Əliyev 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 1999-cu ildə Elman Əzimzadənin rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb. 1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) ali təhsil alıb. 

Hacı Əliyev karyerasında birinci yarışına 2008-ci ilin may ayında Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmələr arasında "Qələbə Kuboku" turnirinə qatılıb. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev turnirin bürünc medalını qazandı.

O, 2009-cu ildə növbəti nailiyyətlərini daxili yarışlarda imza atdı. Hacı Əliyev oktyabr ayında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqibləri üzərində qələbə qazandı və yarışın çempionu oldu. Dekabr ayında isə Hacı Əliyev böyüklər arasında birinci uğuruna imza atdı. O, Azərbaycan Kubokunda bütün rəqiblərini məğlub etdi və turnirin qalibi oldu.

2009-cu ildə Azərbaycan Kubokuna sahib olan 18 yaşlı Hacı Əliyev Azərbaycan yığmasına dəvət olundu.

Aprel ayında isə Hacı Əliyev karyerasında birinci dəfə Avropa Çempionatında qüvvəsini sınadı. Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşdı. Həmin görüşün birinci hissəsində o, məğlub olsa da (0:1), ikinci və üçüncü hissələrdə müvafiq olaraq 3:0 və 3:1 hesablı qələbə qazandı və növbəti mərhələyə vəsiqə qazandı.

Hacı Əliyev 2016-cı ildə əsas yarışına Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları çərçivəsində qatıldı. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə Cənubi Koreya güləşçisi Yun Jun-Sik ilə qarşılaşdı. Həmin görüşdə Əliyev 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazandı. 

I Avropa Oyunlarında qazandığı bürünc medala görə 29 iyun 2015 "Tərəqqi" medalı təltif edilmişdir.

XXXI Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə 1 sentyabr 2016 "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilmişdir.

XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

BAKU.WS