SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib yaponiyalı Sanşiro Murao olub.

Mehdiyev qarşılaşmadan məğlubiyyətlə ayrılaraq, gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığmasının Paris turnirində ilk medalı olub. Daha bir medalın əyarına 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokaurinin monqolustanlı Tsetsentsengel Odxuu ilə final görüşündə aydınlıq gələcək.

***

19.13

Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

90 kq-da yer alan Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn idmançı adını finala yazdırıb. Mehdiyev qızıl medal uğrunda qarşılaşmada Sanşiro Murao (Yaponiya) üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.

100 kq-dan yuxarı çəkidə çıxış edən Uşangi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Batjarqalin Odkhüü (Monqolustan) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) medalsız qalıblar.

BAKU.WS