İranda məşhur futbolçunun "Porsche"si müsadirə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İranda Kerman şəhər polisi türkmənəsilli futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks "Porsche" markalı avtomobilin aşkar edilərək müsadirə olunduğunu açıqlayıb.
BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Kerman Polis İdarəsinin rəisi Əkbər Nəcəfinin sözlərinə görə, avtomobil xüsusi nəzarət və axtarış qrupları tərəfindən şəhər daxilində müəyyən edilib.
Məlumata əsasən, İranın Məhkəmə-Ədliyyə Sistemi əvvəlcədən Sərdar Azmunun "düşmənlə əməkdaşlıq etmək" ittihamı ilə bağlı aktivlərinin müsadirə olunmasına qərar vermişdi.
Bildirilir ki, futbolçunun ictimai mövqeyi və sosial media paylaşımları onun milli komandada karyerasına da təsir edib və o, 2026-cı il dünya çempionatında iştirak edə bilməyib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...