AFFA De Byazi ilə bağlı QƏRAR VERDİ

İtaliyalı baş məşqçi Canni De Byazi ilə AFFA arasında yeni müqavilə bağlanılıb.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Aparılmış müzakirələrdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında və dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışa görə Canni De Byazi ilə müqavilənin yenilənməyəcəyi gözlənilirdi.
Oxşar xəbərlər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib - FOTO
Milli Paralimpiya Komitəsinin (MPK) video-konfrans vasitəsilə Ümumi yığıncağı keçirilib. MPK-dan BAKU.WS-ə verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhim...
