SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya təmsilçisi Sven Heynle ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri bürünc medala sahib çıxıb.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda qarşılaşmada Onise Seneblidzeyə (Gürcüstan) uduzaraq 5-ci yerlə kifayətlənib.

***17:31

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada Kosuke Maşiyama (Yaponiya) ilə üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündə cərimə xalları ilə məğlub olan Mehdiyev gümüş medalla kifayətlənib.

İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

*** 15:09

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə Sven Heinle ilə güləşəcək.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Rüfət İsmayılov - Abderahman Diao (Seneqal)

1/4 final. Rüfət İsmayılov - Beka Gvinaşvili (Gürcüstan)

Təsəlliverici görüş: Rüfət İsmayılov - Erlan Şerov (Qırğızıstan)

1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)

1/4 final. Vüqar Talıbov - Luka Maysuradze (Gürcüstan)

Təsəlliverici görüş: Vüqar Talıbov - Goki Tajima (Yaponiya)

1/8 final. Məmmədəli Mehdiyev - Con Jayne (ABŞ)

1/4 final. Məmmədəli Mehdiyev - Goki Tajima (Yaponiya)

1/2 final. Məmmədəli Mehdiyev - Luka Maysuradze (Gürcüstan)

100 kq

1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)

1/4 final. Adil Kərimli - Şadi Elnahas (Kanada)

Təsəlliverici görüş. Adil Kərimli - Zlatko Kumriç (Xorvatiya)

Bürünc medal uğrunda görüş: Adil Kərimli - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Kənan Abdullaxanlı - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov - Tyaqo Palmini (Braziliya)

1/4 final. Uşangi Kokauri - Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi

Təsəlli verici görüş: Uşangi Kokauri - Cemal Erdoğan (Türkiyə)

Bürünc medal uğrunda görüş: Uşangi Kokauri

Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqənın bağlanış mərasimi saat 17:00-da başlayacaq.



BAKU.WS