9 cüdoçumuz Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

9 cüdoçumuz Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır
İdman 36

Bu gün Azərbaycanın son 9 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.

BAKU.WS "report"a istinadən xəbər verir ki, üçüncü - sonuncu yarış günündə 90 kq, 100 kq və 100-dən yuxarı çəki dərəcəsində kişi idmançılar, 78 kq və 78-dən yuxarı çəkidə isə qadınlar qüvvəsini sınayacaq.

Azərbaycan millisi 78 kq və +78 kq-da təmsil olunmur. İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıblar.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)

1/8 final. Məmmədəli Mehdiyev - Tengiz Batsayxan (Monqolustan) / Con Jayne (ABŞ) cütünün qalibi

100 kq

1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)

1/8 final. Kənan Abdullaxanlı - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov - Tyaqo Palmini (Braziliya)

1/4 final. Uşangi Kokauri - Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi

Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqənın bağlanış mərasimi saat 17:00-da başlayacaq.

Son xəbərlər