VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib.

4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.

BAKU.WS