SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Boks Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, mundialın ikinci gününün gündüz seansında Malik Həsənov qüvvəsini sınayıb.

63,5 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda qvatemalalı Xuan Reyes Donislə üz-üzə gəlib. 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) hesabı ilə qalib gələn Həsənov növbəti mərhələyə yüksəlib.

O, 1/16 finalda ilk görüşdən azad olan Ermənistan təmsilçisi Ovannes Baçkovla qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Qeyd edək ki, bu gün axşam seansında Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuu ilə, Rauf Rəhimov (92 kq) isə ingiltərəli Luis Uilliamsla döyüşəcək. İlk yarış günündə Ümid Rüstəmov (57 kq) 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.

BAKU.WS