13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

"Racing Engineering" komandasının fransız pilotu Norman Nato Bakıda GP2 avtomobil yarışının praktiki sessiyasının yekunu üzrə ən yaxşı nəticə göstərib.

Trend-in məlumatına görə, onun nəticəsi 1:55.394 olub.

Sonrakı yerləri, müvafiq olaraq, "Prema Racing" komandasının italiyalı pilotu Antonio Covinatsi (1:55.719), ART komandasının rusiyalı pilotu Sergey Sirotkin (1:56.093) tutublar.

Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
 
BAKU.WS