SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniyanın FCSB (keçmiş "Styaua") klubunun sahibi George Bakali futbolçuların koronavirus əleyhinə peyvənd olunmasını qadağan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalist Emmanuel Roşu tviter səhifəsində bildirib.

Bakalinin sözlərinə görə, vaksinin yanında masasında tapança olsaydı, güllələnməyi üstün tutardı. O, klubda heç kimin peyvənd olunmayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, FCSB cari mövsüm Rumıniya çempionatında 11 oyundan 21 xalla 3-cü pillədə qərarlaşıb.

BAKU.WS
QALEREYA