Klub prezidentindən futbolçulara TÖVSİYƏ: Peyvənd olunmaqdansa güllələnin - FOTO

14
okt
2021
18:14
Rumıniyanın FCSB (keçmiş "Styaua") klubunun sahibi George Bakali futbolçuların koronavirus əleyhinə peyvənd olunmasını qadağan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalist Emmanuel Roşu tviter səhifəsində bildirib.
Bakalinin sözlərinə görə, vaksinin yanında masasında tapança olsaydı, güllələnməyi üstün tutardı. O, klubda heç kimin peyvənd olunmayacağını diqqətə çatdırıb.
Qeyd edək ki, FCSB cari mövsüm Rumıniya çempionatında 11 oyundan 21 xalla 3-cü pillədə qərarlaşıb.
Qalereya
Oxşar xəbərlər
Klub prezidenti azyaşlı futbolçulara enerji içkisi verilməsindən DANIŞDI - YENİLƏNİB - FOTO
Azərbaycanda futbol klubu azyaşlı oyunçularına qida rasionu kimi enerji içkisi verir. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Xocalı” Futbol Klub...