SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"la üz-üzə gəlib. Görüş Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar. 73-cü dəqiqədə qonaqların heyətində meydana çıxan Azərbaycanın U-17 və U-19 millisinin üzvü Berkay Vardar qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debüt edib. O, Umut Meraşı əvəzləyib. Bu qrupun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.

D qrupunda isə Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb. Bu qrupun digər oyununda ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq.

Çempionlar Liqası

II tur

C qrupu

20:45. "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 2:0

Qollar: Stiven Bergeys, 17, Sebastyen Allye, 43

Xal durumu: "Ayaks" - 6 (2 oyun), "Borussiya" - 3, "Beşiktaş" - 0 (2), "Sportinq" - 0

D qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya) - 0:0

Xal durumu: "Şerif" - 3, "Real Madrid" - 3, "İnter" - 1 (2 oyun), "Şaxtyor" - 1 (2).

BAKU.WS
VİDEO