SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fransada futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına start verilib.
 
BAKU.WS-in məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa Rumıniya millisi ilə qarşılaşıb. Oyuna yaxşı başlayan rumınlar təşəbbüsü sona kimi saxlaya bilməyib. Qarşılaşmada ilk qol ikinci hissəyə təsadüf edib. Olivye Jiru 57-ci dəqiqədə komandasını önə keçirən qolu vurub. 
 
Rumıniyanın Fransanın bu qoluna cavabı gecikməyib. Stanku 65-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirən qolu vurub. Dimitri Payet 89-cu dəqiqədə hesabı 2:1 Fransanın xeyrinə dəyişib. 

Qarşılaşma elə bu hesabla yekunlaşıb - 2:1.  

 
BAKU.WS