Çempionlar Liqası: "Beşiktaş" evdə, "Şaxtyor" səfərdə məğlub olub - VİDEO

Çempionlar Liqası: Beşiktaş evdə, Şaxtyor səfərdə məğlub olub - VİDEO
Video
İdman 196

UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyədə "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb. Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.

Moldova təmsilçisi "Şerif" isə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşmada sensasion qələbəyə imza atıb. İlk qolu Adama Traore 16-cı dəqiqədə vurub. 62-ci dəqiqədə isə Momo Yansane yekun nəticəni müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Oxşar xəbərlər

Son xəbərlər