Azərbaycan Tokio paralimpiya oyunlarında ilk medalını qazandı - FOTO
26
avq
2021
08:01
Azərbaycan idmançısı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
Bu barədə BAKU.WS Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Pauerliftinq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (-49 kq) 156 kq ağırlıq qaldıraraq Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.
"Sevincimin həddi-hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.
Qalereya
Oxşar xəbərlər
Millinin heyəti açıqlanıb
Martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya, 27-də isə qrupumuzda müsabiqədənkənar iştirak edən Qətər m...