SİZİN REKLAM BURADA!
055 213 76 73


Qırğızıstanı təmsil edən Azərbaycan əsilli MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Fiziyev UFC-265 turniri çərçivəsində “Kinq” (“Kral”) ləqəbli Bobi Qrinlə qarşılaşıb və hakimlərin yekdil rəyi əsasında qalib gəlib.

Qeyd edək ki, görüş ABŞ-ın Hyuston şəhərində baş tutub və idmançının 2019-cu ildən çıxış etdiyi UFC-də beşinci döyüşü olub. Daha əvvəl Rafael bu turnirdə ilk görüşünü uduzsa da, sonrakı üç döyüşdə qalib gəlib.

Xatırladaq ki, 28 yaşlı “Ataman” ləqəbli Rafael Fiziyev indiyədək cəmi bir dəfə məğlub olub. O, 9 görüşdə qalib gəlib. Onun 34 yaşlı amerikalı rəqibi isə 27 görüşdə qalib gəlib, 11-də uduzub. Daha bir görüşü isə heç-heçə başa çatıb.

BAKU.WS
QALEREYA