Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 26 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədarükə çəkisi 1 820 ton olan buğda daxildir.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
*** 14:54
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 26 vaqon buğda göndəriləcək.
Tədarük saat 17:00-da Biləcəri stansiyasından həyata keçiriləcək.
Oxşar xəbərlər
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" ke...