Qusarda "Ford" 4 yaşlı uşağı vurub öldürdü
Qusar rayonunun Bədirqala kəndində yol-nəqliyyat hadisəsi zamanı ölən piyada azyaşlı imiş.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Y.Əliyevi vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb:
"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır".
*** 09:17
Qusarda avtomobil piyadanı vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Bədirqala kəndi ərazisində qeydə alınıb.
Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları...