Tokio-2020: İranlı güləşçi cəzalandırıla bilər

Tokio-2020: İranlı güləşçi cəzalandırıla bilər
İdman 324

İranın sərbəst güləşçisi Həsən Yazdani Tokio-2020 Yay Olimpiya Oyunlarındakı davranışına görə cəzalana bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, finalda ABŞ təmsilçisi Devid Teylora uduzan 27 yaşlı idmançı emosiyalarını cilovlaya bilməyib.

Görüş başa çatdıqdan sonra aqressiv şəkildə güləşçilərin isinmə hərəkətləri etdiyi zonaya yaxınlaşan Yazdani qışqıraraq, üzərindəki inventarları ətrafa atıb. Daha sonra isə divarı yumruqlayıb.

Son xəbərlər