VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Varşara təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Estoniyada “Flora”nın qonağı olub.

Qarşılaşma "Legiya"nın 1:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 71-ci dəqiqədə əvəzlənib. Polşa çempionu ilk oyunda minimal hesablı qələbə qazanmışdı - 2:1.

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Kiprdə "Omoniya" ilə qarşılaşıb. Zaqreb təmsilçisi rəqibini 1:0 hesabı ilə yenib. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn "Dinamo" III təsnifat mərhələsində "Legiya"ya rəqib olub.

Günün digər qarşılaşmasında isə HİK Finlandiyada İsveçin "Malmö" komandası ilə heç-heçə edib - 2:2. "Malmö" evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələdiyi üçün mərhələ adlayıb. HİK isə Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) cütünün uduzan tərəfi ilə görüşəcək.

BAKU.WS