Türkiyəli futbolçulardan azərbaycanlılara MÜRACİƏT - VİDEO

09
iyn
2021
18:59
Türkiyə millisinin futbolçuları AVRO-2020-nin Bakıdakı oyunları üçün Azərbaycan əhalisindən dəstək istəyib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Türkiyə millisinin qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciət yayıb. Onlar azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmalar üçün stadiona gəlməyə çağırış ediblər.
Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də Bakıda qarşılaşacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...