SİZİN REKLAM BURADA!
055 213 76 73


"Deyiləcək söz yoxdur. Son neçə oyundur ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan razıyam. Oyunçular qrafikə görə də əziyyət çəkirlər. Futbolçularımı təbrik edirəm, Rəşad Sadıqova uğurlar arzulayıram".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Mahir Emrelinin durumu haqqında danışıb: "Klub tərəfindən açıqlama verilib. O, mayda azad agent olacaq. Bütün danışıqları özü və meneceri aparır. Bir neçə təklifləri var. Bu gün də Mahirlə söhbətimiz var. Heç bir komanda ilə masa arxasına oturmayıb. Çempionat bitəndən sonra yaxınları ilə məsləhət edəcək. Hansı daha uyğun olacaqsa, razılığa gələ bilər. Bizim klubun da təklifi olmuşdu. Özünün də istəyi Avropaya çıxmaqdır. Mən də baş məşqçi olaraq sevinərəm ki, azərbaycanlı futbolçu daha səviyyəli komandada oynasın. Mövsümün sonunda təklifimizi yenə edəcəyik. Razılaşsa qalacaq, razılaşmasa gedəcək".

BAKU.WS