VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

BAKU.WS xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

"Real Madrid" İspaniyada "Liverpul"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə "Mançester Siti" Dortmund "Borussiya"sı ilə evdə üz-üzə gəlib. Görüş İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, 1/4 final, İlk oyunlar

"Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 3:1

Qollar: Vinisius Junior, 27 (1:0), Asensio, 36 (2:0), Salah, 51 (2:1), Vinisius Junior, 65 (3:1)

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1

Qollar: De Brüyne, 19 (1:0) Roys, 84 (1:1), Foden, 90 (2:1)

Qeyd edək ki, cavab oyunları aprelin 13-ü keçiriləcək.

BAKU.WS
VİDEO