Böyük Dəbilqə: Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onların hamısı kişilərin mübarizəsinə qatılıb.
90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.
100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.
100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə bu gün yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də çempion olub
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azər...
