SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqədə iştirak etməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.

Federasiya rəsmisinin sözlərinə görə, 78 kq-dan yuxarı çəkidə yarışan Ukrayna əsilli idmançı zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, martın 7-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycanın 12 cüdoçusu qüvvəsini sınayacaq. Kişilərdən ibarət komandanın heyətində Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yer alıblar. Qadınlardan isə 48 kq-da Aişə Qurbanlı ilə Leyla Əliyeva mübarizə aparacaq.

BAKU.WS