Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100 məktəbin bərpasına dəstək verəcək
Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100 məktəbin bərpasına dəstək verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə Suriyanın yanında olub:
"Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb. Azərbaycanın humanitar yardımları müharibə fəlakətlərin aradan qaldırılmasına mühüm töhfə verib. Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib".
Deputat bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətlərdə böyük önəm daşıyıb:
"Dövlət başçısının səfər çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda, Suriyaya yeni dövründən sonra həyata keçirilən ilk prezident səfəri olub. Bu baxımdan səfər tarixi əhəmiyyətə malikdir".
XƏBƏR YENİLƏNİR
Oxşar xəbərlər
Azərbaycanda bankların aktivləri 59 milyard manatı ötüb
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 59 milyard 183.7 milyon manata çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məluma...