Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Minister of Foreign Affairs of #Azerbaijan Jeyhun Bayramov met with Poland’s Deputy PM and Minister of Foreign Affairs, Radosław Sikorski (@sikorskiradek), on the sidelines of the Ukraine Recovery Conference (#URC2026) in Gdansk, Poland.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 25, 2026
Both sides welcomed the positive momentum… pic.twitter.com/PVqZRoQNnk
*** 11:59
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdanskda Ukraynanın bərpası üzrə Konfrans çərçivəsində polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Danışıqlar zamanı tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.
Bundan başqa, nazirlər Ukraynaya dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin Cənubi Qafqazdakı vəziyyəti, regionda cərəyan edən prosesləri və baş verənlərin Azərbaycan tərəfindən qiymətləndirilməsini nəzərdən keçiriblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...