Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib

Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib
Hadisə 29

Şuşa rayonunun Sarıbaba kəndinin yenidən qurulması ilə bağlı ərazinin minadan təmizlənməsi layihəsi çərçivəsində 82 ha ərazi təmizlənib, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd edilib ki, Şuşa rayonu Sarıbaba kəndi - Qarabağın dağlıq hissəsində, təxminən 1500 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsidir. Ərazi uzun müddət hərbi nəzarət zonası olub və bu istiqamətdə döyüşlər aparılıb.

"Kənd ərazisində aparılan texniki tədqiqat əməliyyatları nəticəsində ərazi döyüş sahəsinin təmizlənməsi kimi qiymətləndirilib. Döyüş sahəsinin təmizlənməsi əməliyyatları yerüstü və yeraltı təmizləmə üsulları ilə həyata keçirilir. Ərazidəki dik yamaclar və meşəlik sahələr partlayıcı sursatların vizual aşkarlanmasını çətinləşdirən amillərdəndir. Bundan əlavə, dağlıq ərazilərdə tez-tez və gözlənilmədən dəyişən hava şəraiti və temperatur fərqləri minaaxtaranların fəaliyyətini daha da mürəkkəbləşdirir", - məlumatda vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı av...

22 Hadisə 15:15 30 avqust 2026

Son xəbərlər