Futbolun yaşayan əfsanələri Maradona ilə belə vidalaşdı - VİDEO

Lionel Messi və Kriştiano Ronalda futbolun əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, hər iki futbolçu Maradona ilə fotosunu yayaraq onunla vidalaşıb.
Messi: “Bütün argentinalılar və futbol üçün çox üzücü bir gündür. Bizi tərk edir, amma getmir. Çünki Dieqo sonsuzadək bizimlə qalacaq. Onunla yaşadığım bütün gözəl anları xatırlayıram və bütün ailəsinə, dostlarına başsağlığı diləyirəm. Allah rəhmət etsin!”
Ronaldo: “Bu gün bir dostuma vida edirəm. Bütün dünya bir dahiyə vida edir. O, ən yaxşılardan biri idi. Hüzur içisində yat, əsla unutmayacağıq!”
Qeyd edək ki, Dieqo Armando Maradona 2008-ci ildə Argentina Milli Komandasının baş məşqçisi təyin edilmişdi. Messinin də heyətdə yer aldığı Argentina 1/4 finalda Almaniyaya 4-0 məğlub olduqdan sonra Maradona tutduğu postdan uzaqlaşdırılmışdı.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...
