FIFA federasiya prezidentini futboldan ömürlük kənarlaşdırdı

20
noy
2020
19:03
FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, məhkəmə onun yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib.
Jan-Bart FIFA-nın etik kodeksinin bir neçə bəndini pozub və onun futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub.
Funksioner bundan əlavə 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.
Qərar noyabrın 18-dən qüvvəyə minib.
Oxşar xəbərlər
FİFA-nın sabiq maliyyə direktoru 10 il müddətinə futboldan uzaqlaşdırılıb
FİFA-nın sabiq maliyyə direktoru Markus Kattner futboldan uzaqlaşdırılıb. BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, FİFA İntizam Komitəsi almaniyalı funks...
