“Yenidən Azərbaycana qayıtdığıma görə şadam”

“Zirə”nin yeni transferi Riçard Almeyda paytaxt təmsilçisinə keçidini şərh edib.
BAKU.WS qafqazinfo-ya istinadən verir ki, xəbər verir ki, 31 yaşlı braziliyalı yarımmüdafiəçi bunları deyib:
“Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".
Qeyd edək ki, Almeyda 2017-ci ildən Azərbaycan millisində oynayır. O, 2011-2018 və 2019/2020-ci illərdə “Qarabağ”da çıxış edib.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...