Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?

Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Digər 102

Tanınmış həkim Surac Kukadia kofedən imtina etmək üçün mühüm səbəbləri açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Mirror" nəşrinin yaydığı məlumatda əks olunub.

Həkim Kukadia bildirir ki, bəzi narahatlıqlar zamanı kofeni rasiondan çıxarmaq olduqca vacibdir. Ekspert xüsusilə bu üç simptoma diqqət çəkir:

Yuxu pozğunluğu (yuxusuzluq)

Yüksək təşviş və həyəcan hissi

Ürək döyüntülərinin tez-tez olması (taxikardiya).

Əgər özünüzdə bu simptomlardan hər hansı birini hiss edirsinizsə, kofenin miqdarını azaltmaq məsləhət görülür.

Ən yaxşı halda isə ondan tamamilə imtina edin",- deyə həkim vurğulayıb.

Mütəxəssis, səhər içilən kofe gecə yuxusuna necə təsir edib etmədiyini də açıqlayıb.

Onun sözlərinə görə, kofenin orqanizmdə həzm olunması və parçalanması uzun müddət tələb edir. Bu səbəbdən onun günün hansı saatında içilməsi bəzən o qədər də fərq etmir.

Kukadia xəbərdarlıq edir ki, səhər tezdən içdiyiniz bir fincan kofe belə, axşam yatmaq istədiyiniz zaman hələ də bədəninizdə qala bilər və bu, yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salar.

Xüsusilə hipertoniya xəstələri diqqətli olmalıdır.

Daha əvvəl kardioloq Asya Esembiyeva ürək üçün zərərli olan vərdişlərdən danışarkən kofenin mənfi təsirlərini qeyd edib.

O bildirib ki, xüsusilə hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkən insanlarda kofe arterial təzyiqin qəfil və kəskin şəkildə yüksəlməsinə səbəb ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər