SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ayaks” Niderland çempionatının VI turunda “Venlo” üzərində tarixi qələbə qazanıb.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, səfərdə darmadağına sevinən Amsterdam klubu rəqib qapısından 13 cavabsız qol keçirib.

Bu, “Ayaks”ın tarixində Erediviziyada əldə olunan ən böyükhesablı qələbədir. 13:0 hesablı qələbəyədək paytaxt futbolçuları belə fərqə nail olmamışdı.

Bunadək rekord 1971/72 mövsümündə qeydə alınmayıb. Həmin vaxt “Ayaks” “Vitess”i 12:1 hesabı ilə məğlub edib.

Erik Ten Haqın komandasında Lassina Traore 5, Klas Yan Huntelar və Yurgen Enkeljamp hərəyə 2 qol vurub. Duşan Tadiç, Deyli Blind, Entoni və Lisandro Martines hərəyə 1 dəfə fərqlənib. Meydan sahibləri Kristian Kumun 50-ci dəqiqədə aldığı qırmızı vərəqədən sonra azlıqda oynayıb.

Qeyd edək ki, 15 xala malik “Ayaks” çempionatın lideridir.

BAKU.WS