II Avropa Oyunlarında idmançılara veriləcək məbləğlər - I yer 150 min AZN
10
iyn
2019
13:01
"Minsk 2019" II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub.BAKU.WS "Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşdə məlumat verib.O bildirib ki, yeni qərar qəbul olunmasa, bu Bakı 2015 I Avropa Oyunlarındakı mükafatla eyni olacaq.2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.Qeyd edək ki, II Avropa Oyunları iyunun 21 - 30-da keçiriləcək.
Oxşar xəbərlər
İkinci Avropa Oyunlarında ölkəmizi bu karateçilər təmsil edəcək - SİYAHI
İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.BAKU.WS xəbər verir ki, idmançım...