III Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurub
27
iyn
2023
16:16
Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan idmançısı 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot of"da rəqibinə məğlub olub - 5:6.
Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.
Oxşar xəbərlər
Avropa Oyunları: Azərbaycanın iki idmançısı bürünc medalla kifayətlənib - YENİLƏNİB
Muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Dərvişova Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb. BAKU.WS report-a istinadən xəbər ve...