Zəvvarların NƏZƏRİNƏ: Həcc ziyarəti ilə bağlı mühüm qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı il ərzində bir milyonadək insana həcc ziyarətini gerçəkləşdirmək imkanı yaradıb. Bu siyahıya həm krallığın sakinləri, həm də əcnəbilər daxildir.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bunu “Saudi Press Agency” yayıb.
Agentliyin məlumatına görə, 65 yaşdan aşağı, tam peyvənd olunmuş şəxslər Məkkəni ziyarət edə bilərlər. Ziyarətçilər həmçinin Səudiyyə Ərəbistanına gələrkən PCR testinin mənfi nəticəsini də təqdim etməlidirlər.
Krallıq bu il fevralın 3-də 2022-ci ildə həcc ziyarətinə icazə vermək niyyətini açıqlamışdı. Həccə hazırlıq həm krallıqda, həm ziyarətçilərin ölkələrində epidemioloji situasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Oxşar xəbərlər
Məscid tikdirmiş qadınlar
İslam tarixi boyunca xeyriyyəçilik ənənəsi ən mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Xeyriyyəçiliyin əsas qollarından biri də dini ibadət ocaqlarının...