Zəngilanda Şərq çinarları əkilib

Zəngilanda Şərq çinarları əkilib
Sosial 348

İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.

Bu barədə BAKU.WS-ə nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir: "Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Füzulinin işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib - FOTO

Füzulinin işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib - FOTO

Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Eko...

693 Sosial 16:54 11 noyabr 2020

Son xəbərlər