"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat krallığın rəsmi saytında dərc edilib. Yenilənən sənədə əsasən, "Zangazur" ("Zəngəzur" - red.) adlı neft tankeri artıq Böyük Britaniyanın sanksiyalar siyahısında yer almır.
"Ləğv rəsmi qərar qəbuletmə prosesindən sonra siyahıdan çıxarılmadır. Aşağıdakı qeyd ləğv edilib və artıq sadalanan sanksiyalara məruz qalmır", - deyə mətndə qeyd olunub.
Bildirilib ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarını sözügedən dövlətdən üçüncü ölkələrə daşıdığı üçün sanksiya siyahısına daxil edilmişdi.
Xatırladaq ki, "Zəngəzur" 2010-cu ildə inşa edilib və çəkisi 60 379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür.
Qalereya
Oxşar xəbərlər
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib. A...