Zəlzələ dağıntılara səbəb olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün baş verən zəlzələ nəticəsində Ağsuda yaşayış evinə ziyan dəyib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, zəlzələ zamanı rayonun Kalva kənd sakini Dilşad Hacıyevaya məxsus ev ucaraq yarasız hala düşüb.
Zərərçəkmişin oğlu Şamil Hacıyev “Report”un yerli bürosuna bildirib ki, evin divarları tamam uçub.
Ev sahibinin sözlərinə görə, 2019-cu ildə ərazidə baş verən zəlzələ zamanı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirib və yeni evin tikiləcəyi ilə bağlı ev sahibinə məlumat veriblər. Amma bu günə kimi heç bir iş görülməyib.
Qeyd edək ki, 5 otaqdan ibarət evdə 5 nəfər yaşayır, onlardan 2-si uşaqdır. Hazırda ailənin bütün üzvləri qəzalı evin digər 2 otağında yaşamaq məcburiyyətində qalıb. Onlar aidiyyəti qurumlardan kömək gözləyirlər.
Qalereya
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...