Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq
Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.
BAKU.WS xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur.
Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərin adları var.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Turistlər Azərbaycanda ən çox nədən narazıdırlar? - ARAŞDIRMA
Bu ilin yanvar-iyun aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 723 min 222 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 657 min 596 nəfəri (90,9 %-i) ölkədə o...