Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxarıb? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Z.Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Əli oğlu Şirinov vəzifəsindən istefa verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri vəzifəsindən aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb.
Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.
Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlasaq da, telefon zənglərinə cavab verən olmayıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda yeni Dövlət Xidməti yaradılıb - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. BAKU...