Zaqatalada sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Zaqatala Rayon İcra Hakimiyyəti şəhərdə yağış və sel sularının yaratdığı problemlərin aradan qaldırılması məqsədilə Ərəblinski küçəsi və Cənub-Qərb massivi üzrə arxların cari təmiri ilə bağlı genişmiqyaslı işləri əhatə edən iki tender elan edib.
BAKU.WS-in məlumtına görə, layihələr çərçivəsində torpaq qazıntısı, xəndəklərin genişləndirilməsi, qum və qum-çınqıl əsaslarının döşənməsi, dəmir-beton konstruksiyaların qurulması, eləcə də yağış sularının təhlükəsiz ötürülməsi üçün boru xətlərinin çəkilməsi nəzərdə tutulur.
Bu işlərin icrası nəticəsində Zaqatala şəhərində yağış və sel sularının yollara, məhəllələrə və yaşayış sahələrinə vurduğu ziyan əhəmiyyətli dərəcədə azalacaq, arxların ötürücülük qabiliyyəti güclənəcək və şəhərin ümumi infrastruktur dayanıqlığı artırılacaq.
Tenderlərin həyata keçirilməsi həmçinin əhalinin təhlükəsizliyinin yüksəldilməsinə və daşqın riskinin minimuma endirilməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır
İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə ilk sakinlərin köçü planlaşdırılır. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngila...